İlon Mask Rusiya dronlarında
126
17:30, Bu gün

İlon Mask Rusiya dronlarında "Starlink"i bloklamağa başlayıb - FOTO

Amerikalı iş adamı İlon Mask bildirib ki, Rusiya tərəfinin "Starlink" peyk internetindən icazəsiz istifadəsinin qarşısını almaq üçün tədbirlər görüb.
 
Moderator.az xəbər verir ki, o, bu barədə Ukraynanın müdafiə naziri Mixail Fyodorovun "X" sosial şəbəkəsindəki paylaşımına yazdığı şərhdə qeyd edib.
 
"Daha nəsə etmək lazımdırsa, xəbər edin", - deyə Mask vurğulayıb.
 
Fydorov cavabında bildirib ki, görülən ilk tədbirlər artıq nəzərəçarpacaq nəticələr verir. Onun sözlərinə görə, Ukrayna "SpaceX" komandası ilə sıx əməkdaşlığı davam etdirir.
 
"Biz növbəti mühüm addımlar üzərində sizin komandanızla sıx əməkdaşlıq edirik. Bizimlə olduğunuz üçün təşəkkür edirik", - deyə nazir yazıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər