Qvardiola Venger və Ferqyusonu geridə qoydu - FOTO
123
16:16, Bu gün

Qvardiola Venger və Ferqyusonu geridə qoydu - FOTO

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola daha bir rekordu qırıb.
 
Moderator.az xəbər verir ki, bu dəfə ingilis klubunun 400 qələbəyə çatması üçün lazım olan oyunların sayı məlum olub. İspaniyalı cəmi 569 oyunda 400-cü qələbəsini qazanıb.
 
Müqayisə üçün bildirək ki, əfsanəvi Arsen Venger (“Arsenal”) və ser Aleks Ferqyuson (“Mançester Yunayted”) müvafiq olaraq 696 və 732 oyundan sonra eyni göstəriciyə çatıblar.
 
Dördüncü yerdə 40 (!!) il “Aston Villa”da çalışmış şotlandiyalı Corc Remzi gəlir. Bu, 19-cu və 20-ci əsrlərin sonlarında baş verib. Beşinci yerdə isə eyni dərəcədə dahi ser Mett Basbi qərarlaşıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər