Bizi sosial şəbəkələrdən izləyin:
Rusiya və Ukrayna arasında həlak olan hərbçilərin cəsədlərinin növbəti mübadiləsi olub.
Moderator.az bildirir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Şamsail Saraliyev RBC.ru nəşrinə müsahibəsində məlumat verib.
"Rusiya Ukraynaya 1 000 həlak olmuş hərbçinin, Ukrayna tərəfi isə öz növbəsində 38 rus hərbçisinin cəsədini təhvil verib", - deyə parlamentari bildirib.
Xatırladaq ki, əvvəlki oxşar prosedur ötən il noyabrın 20-də baş tutmuşdu. O zaman tərəflər çox sayda cəsədin qalıqlarını mübadilə etmişdilər. Bu məsələ ilə bağlı ilkin razılaşmalar İstanbulda əldə edilib.