Məmmədbəyli kəndinə qayıdan ailələrə evlərinin açarları təqdim edildi - FOTOLAR
249
14:30, Bu gün

Məmmədbəyli kəndinə qayıdan ailələrə evlərinin açarları təqdim edildi - FOTOLAR

Bu gün növbəti köç karvanı ilə Məmmədbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
 
Moderator.az xəbər verir ki, Zəngilan rayonunun Məmmədbəyli kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib.
 
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
 
Qeyd edək ki, bu mərhələdə Məmmədbəyli kəndinə 26 ailə olmaqla, 142 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər