“Azərbaycan kinosunun məktəbi yoxdur, amma bu film çevriliş edib, durğunluğu poza bilər” - FOTO+ÖZƏL
208
10:48, Bu gün

“Azərbaycan kinosunun məktəbi yoxdur, amma bu film çevriliş edib, durğunluğu poza bilər” - FOTO+ÖZƏL

“Azərbaycan kinosunun məktəbi yoxdur. Heç vaxt da olmayıb. Kinonun bu dəqiqə nə etdiyi, hara getdiyi mənə məlum deyil. Xəbərim yoxdur. Mən oturub kitablarımı yazıram. Başım onlara qarışıb. Ayrı-ayrı sənətkarlar Azərbaycan kinosunda yeni cığır açıblar. Bu yaxşı bir şeydir. Onlar heç kimi təkrar etmirlər. O cümlədən də Vaqif Mustafayev. Çox təəssüf ki, onun “Həyat deyəsən gözəldir” filmini hələ də izləyə bilməmişəm”.
 
Bunu Moderator.az-a açıqlamasında kinoşünas, Əməkdar İncəsənət xadimi Aydın Kazımzadə deyib.
O daha sonra bu axşam Nizami kinoteatrında təqdimatı olan, ideya müəllifi, rejissoru, baş rol ifaçısı Murad EME və Elşad Zarafatsız olan “81-18” filmindən də danışıb:
 
“Bir neçə həftədir ki, bu film haqqında eşidirəm. Bu axşam təqdimatı olacaq. Ayaqlarım ağrımasaydı gəlib izləyərdim. Təəssüf ki, gedə bilməyəcəm. Bu film psixoloji trillerdir. Mənim hələ ki, rastıma bu janrda film gəlməyib. Bu əslində bir yenilikdir. Tamaşaçıya hər janr lazımdır. O filmi izləyəndən sonra özü seçəcək ki, lazımdır yoxsa yox?! Bəlkə bu film elə çevriliş edib, durğunluğu pozacaq?! Komediyanı hamı sevir! Adam var ki, macəra filmlərini çox sevir. Bu janrın da öz tamaşaçısı olacaq. Mistik filmlərini tamaşaçılar adətən çox sevir. Janr etibarı ilə maraqlıdır”, - deyə kinoşünas bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər