Xalq artisti Heydər Əliyev adına sarayda yubileyini qeyd edəcək - ÖZƏL XƏBƏR
293
10:39, Bu gün

Xalq artisti Heydər Əliyev adına sarayda yubileyini qeyd edəcək - ÖZƏL XƏBƏR

Xalq artisti, Akademik Musiqili teatrın aparıcı aktrisası Fatma Mahmudova Heydər Əliyev adına sarayda 70 illik yubileyini keçirəcək.
 
O özü bu haqda özəl olaraq Moderator.az-a danışıb:
“Mənim 70 yaşım tamam oldu, amma yubileyimi qeyd etmədim. Bir komediya ilə Heydər Əliyev adına sarayda yubileyimi qeyd edəcəm. Tamaşam hazır olan kimi oynayacam. İstəyirəm ki, tamaşaçılara sürpriz edim. Mənə elə gəlir ki, zal ağzına kimi dolacaq. Bir də istərdim ki, yaxşı tərəf müqabillərim olsun. Bu çox böyük bir şeydir. Aktyorun elə tərəf müqabili olmalıdır ki, onu anlasın, bir baxışından başa düşsün”, - deyə sənətkar bildirib.
 
Qeyd edək ki, aktrisanın 70 yaşı dekabr ayında tamam olub.
Link kopyalandı!
Son xəbərlər