“Biz Leyli ilə ayrı-ayrı insanlarıq, yoldaşım razı olmazdı ki, efirlərə çıxım, insanlardan utanıram” - FOTO+ÖZƏL
508
10:35, Bu gün

“Biz Leyli ilə ayrı-ayrı insanlarıq, yoldaşım razı olmazdı ki, efirlərə çıxım, insanlardan utanıram” - FOTO+ÖZƏL

“Mən aktrisa deyiləm. Aktrisa olsaydım müsahibə də verərdim, efirə də çıxardım. Bu baxımdan məndə utancaqlıq var. Mən sadəcə kinoda çəkilmişəm və 40 il müəllimlik fəaliyyəti ilə məşğul olmuşam. Biz tam bakılıyıq. İncəsənətlə belə bir bağlılığımız da yoxdur. Yoldaşım heç vaxt razı olmazdı ki, efiə  çıxım, müsahibələr verim. Heç mənə də bu lazım deyil. Nə mənə, nə də ailəmə.. Xalqıma çox minnətdaram. Çölə çıxa bilmirəm. Kim mənə baxır, soruşur ki, siz filankəssiz? Həm utanıram, həm də xoşuma gəlmir. Bu məni narahat edir”.
 
Bunu Moderator.az-a özəl açıqlamasında “Qaraca qız” filminin Tutusu-Sevil Zeynalova deyib.
 
O daha sonra “Qaraca qız” filminin ikinci versiyasının çəkilməsi haqda suala belə cavab verib:
“Sözün düzü o film haqda xəbərim yoxdur. İlk dəfədir sizdən eşidirəm. Bu real olsa belə heç vaxt orada olmağı arzu etmirəm. Bizimkilərdən nə istəyirsən gözləmək olar. “Qaraca qız” filminin ardını necə çəkmək olar axı?! Əgər yeni-ikinci “Qaraca qız” filminin ardını çəkmək istəyirlərsə bu başqa məsələ. Rusiyada köhnə filmləri təzələyirlər, yenidən çəkirlər. Yəqin bizimkilər də baxıb həvəsə düşüblər. Bizimkilərin öz həvəsləri olmur axı. Hər dəfə baxıb kimdənsə nəsə götürürlər”.
 
Sevil Zeynalovadan “Qaraca qız” filminin Xədicəsi-Leyli Axundovanın ondan incikliyi haqda da soruşuruq:
 
“Bu gün Leyli efirə çıxırsa bu onun öz işidir. Biz tamam ayrı-ayrı insalarıq. Hər kəsin öz həyat tərzi, həyata baxışı var. Mən heç vaxt onun yerinə heç nə demərəm”, -  deyə o bildirib.
Link kopyalandı!
Son xəbərlər