“Ölkə ərazisində nəsli kəsilməkdə olan zubrların sayı ildən-ilə artır” - FOTO+ÖZƏL
187
15:58, Bu gün

“Ölkə ərazisində nəsli kəsilməkdə olan zubrların sayı ildən-ilə artır” - FOTO+ÖZƏL

“Azərbaycanda zubrlar ilk insanların yaşadığı qədim dövrlərdən mövcud olub. Mütəmaddi olaraq zubrlar gətirilir. Bu il də Avropa zooparklarından seçilmiş qafqaz xətti olan zubrların Azərbaycan ərazisinə gətirilməsi planlaşdırılır. Mütəmadi olaraq hər il 10 ətrafında heyvan gətirilib adaptasiya olunandan sonra təbiətə buraxılır. Zubrlar tarixən Qafqaz ərazisində olub. Azərbaycanda, Qafqaz ərazisində nəsli tükənib. Bizim zubrları gətirməkdə məqsədimiz Azərbaycan ərazisində, öz tarixi yerlərində onları bərpa etməkdir. Mütəmadi olaraq avropa zooparklarında qafqaz xətti olan heyvanlar müəyyən edilir və Azərbaycan ərazisinə gətirilir”.
 
Bunu Moderator.az-a açıqlamasında Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin əməkdaşı Könül Əhmədova deyib.
O daha sonra bildirib ki, bir neçə il öncə ölkəmizə gətirilən zubrların sayında artım var:
“Məqsədimiz Azərbaycanda sərbəst populyasiyanın formalaşmasıdır. Zubrlar İsmayıllı ərazisinə buraxılır və İsmayıllı ərazisindən sonra Qafqaz dağlarının digər bölgələrinə də sərbəst şəkildə yayılaraq populyasiyanı artırırlar. Hər il bala müşahidə edilir. Bu artıq təbii artımdır. Gətirilən heyvanlar əraziyə uyğunlaşırlar, adaptasiya olurlar və yeni nəsil bala verirlər. Bu artım hər il qeydə alınır. Zubrların ölkəmizə gətirilməsi uzunmüddətli proqramdır və növbəti 50 il müddətində həyata keçiriləcək” deyə Könül Əhmədova bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər