İran Azərbaycan, Gürcüstan və Ermənistanı hədələdi – TƏFƏRRÜATLAR
369
00:06, Bu gün

İran Azərbaycan, Gürcüstan və Ermənistanı hədələdi – TƏFƏRRÜATLAR

“Qonşu ölkələr bizim dostumuzdur, lakin onların əraziləri, hava məkanları və ya sularından İrana qarşı istifadə edilərsə, onlar düşmən sayılacaqlar”.

Moderator.az xəbər verir ki, bu sözləri İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı Məhəmməd Əkbərzadə deyib.

İran və ABŞ arasında gərginlik davam edərkən, İran İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı Məhəmməd Əkbərzadə qonşu ölkələri təhdid edib. ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərqə gəlişindən sonra Əkbərzadə qonşu ölkələrin ərazilərindən İrana hücum üçün istifadə ediləcəyi təqdirdə “düşmən” sayılacaqları ilə hədələyib:”Əgər hansısa ölkə hava məkanından və sularından İrana qarşı istifadə etsə, bu, bizə qarşı müharibə elanı deməkdir”. /KONKRET.az/

Link kopyalandı!
Son xəbərlər