12-ci erməni Qarabağdan niyə getmək istəmədi - Həkəri körpüsünə çatanda dedi ki...
454
27 Jan 2026 | 23:42

12-ci erməni Qarabağdan niyə getmək istəmədi - Həkəri körpüsünə çatanda dedi ki...

Azərbaycanın təhvil vermək istədiyi ermənilərdən biri Qarabağdan getməkdən imtina edib.

Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, Həkəri körpüsünə çatanda Qarabağda yaşayan Mişa Qriqoriyan Ermənistana getmək fikrindən daşınıb və azərbaycanlı nümayəndələrdən onu geri qaytarmağı xahiş edib.

Bu barədə Mişa Qriqoriyanın qohumu, Qarabağı tərk etmiş Tiqran Petrosyan bildirib.

Onun sözlərinə görə, Mişa azərbaycanlı nümayəndələrə Ermənistanda öldürüləcəyindən qorxduğunu deyib. Petrosyanın iddiasına görə, Mişa bunu Bakıda mühakiməsi davam edən keçmiş xunta rejiminin "dövlət naziri" Ruben Vardanyanın və digər hərbi canilərin əleyhinə ifadə verməsi ilə izah edib. Petrosyan Qriqoriyanın artıq Qarabağa qaytarıldığını açıqlayıb.

Xatırladaq ki, Qarabağda qalan 10 erməni və bir rus Ermənistana köçürülüb. Bu barədə sosial şəbəkədə Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan məlumat yayıb.

Link kopyalandı!
Son xəbərlər