Bizi sosial şəbəkələrdən izləyin:
Karate idman növü üzrə 7-ci dan qara kəmər sahibi, Əməkdar idman ustası, Əməkdar məşqçi və ictimaiyyətin nümunəvi nümayəndəsi Mirəli Seyidov vəfat edib.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.
M.Seyidov uzun sürən xərçəng xəstəliyi səbəbi ilə bu gün 69 yaşında vəfat edib.
Qeyd edək ki, Mirəli Seyidov 1998-ci ildə Azərbaycan Ciu-citsu Federasiyasını yaradanlardan olub.