Köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatdı, açarlar təqdim edildi -FOTO
264
13:28, Bu gün

Köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatdı, açarlar təqdim edildi -FOTO

Növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb, açarlar sakinlərə təqdim edilib.
 
Moderator.az xəbər verir ki, bu mərhələdə kəndə 20 ailə (103 nəfər) köçürülüb.
 
Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
 
Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Link kopyalandı!
Son xəbərlər