İsrail XİN rəhbəri Zəfər parkı və Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
179
13:45, Bu gün

İsrail XİN rəhbəri Zəfər parkı və Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

İsrailin xarici işlər naziri Gideon Saar Zəfər parkı və Şəhidlər xiyabanını ziyarət edib.
 
Moderator.az bildirir ki, o bu barədə sosial şəbəkə hesabında məlumat verib.
 
"Bakıdakı Zəfər parkına və Şəhidlər xiyabanına ziyarətim zamanı mən tank zabiti kimi xidmət etmiş və Birinci Qarabağ müharibəsində həlak olmuş yəhudi əsgər Albert Aqarunovun məzarı üzərinə çələng qoydum.
 
Ölümündən sonra Albert Azərbaycanın Milli Qəhrəmanı kimi tanınıb və Şəhidlər xiyabanında dəfn edilib.
 
Onun dəfn mərasiminə həm müsəlman din xadimləri, həm də ravvinlər qatılıblar. Bu hadisə Azərbaycandakı dini tolerantlığın və həmrəyliyin simvolu olub.
 
Ruhu şad olsun", - deyə o bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər