Azad edilən ərazilərə qayıdan sakinlər mina təhlükəsi ilə bağlı maarifləndirildi - FOTO
361
10:29, Bu gün

Azad edilən ərazilərə qayıdan sakinlər mina təhlükəsi ilə bağlı maarifləndirildi - FOTO

Cəbrayılın Horovlu, Zəngilanın Məmmədbəyli, Ağdərənin Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
 
Qeyd edilib ki, doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında aparılan məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri çərçivəsində onlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri də ətraflı izah edilir.
 
Dövlət Komitəsinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, maarifləndirmə və təbliğat işləri çərçivəsində mina təhlükəsi ilə bağlı hazırladığı videoçarx insanları ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır. İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər