“Camaatın 50 yerdə evi var, ağacda yaşayaq, evimiz olmasın?” - Mətanət İsgəndərlidən ETİRAZ + ÖZƏL
676
09:25, Bu gün

“Camaatın 50 yerdə evi var, ağacda yaşayaq, evimiz olmasın?” - Mətanət İsgəndərlidən ETİRAZ + ÖZƏL

“Mən evimi göstərməmişəm. Sadəcə olaraq bir mağazanın geyimləri var idi. Onları reklam edirdim. Gətirib evdə çəkdilər. Mən də fərqli geyimləri fərqli-fərqli otaqlarda nümayiş etdirdim. Gördüm yazıblar ki, “Mətanət İsgəndərli dəbdəbəli evini nümayiş etdirdi”... Quş-quşluğu ilə evi var. İstənilən bir insanın pis-yaxşı evi var da. Həmçinin də bizim. Küçədə, meşədə, ağacın başında yaşamayacam ki.. Adi, hamının evi kimi evdir”.
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərli “evini nümayiş etdirdi” ifadələrinə cavab olaraq bildirib.
 
O bildirib ki, göstərişdən uzaq biridir:
“Mən ümumiyyətlə heç kimə heç nəyi nümayiş etdirmirəm. Mən geyimləri çəkdirirdim, evimi göstərmirdim. Orada məqsəd paltarları göstərmək idi. Evimiz 3 alov qüllələrinin yanındadır. 3 mərtəbəli yeri söküb oranı bizə verdilər. Harada sökmüşdülərsə orada da ev verdilər. Ona görə deyirlər ki, “adamın 100 yeyəni olsun, 1 deyəni olmasın”. Camaatın 50 yerdə evi var, heç ondan danışan yoxdur. Bizim bir dənə evimiz var. Deyirsiz ki, evimiz də olmasın? Ağacda yaşayaq? 3 otaqlı adi evdir də. Nə edim ki, 3 alov qüllələrinin yanındadır? Köçüm ordan?(gülür)”, - deyə müğənni bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər