Bizi sosial şəbəkələrdən izləyin:
İtaliya C seriyasında "Triestina" klubunun formasını geyinən 2004-cü il təvəllüdlü türkiyəli oyunçu Teoman Gündüz "Yuventus"un "Next Gen" gənclər komandasına transfer edilib.
Moderator.az bu barədə "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, "qoca sinyora" daha əvvəl Kenan Yıldızı oxşar modeldən istifadə edərək "Next Gen" heyətinə daxil etmişdi. Kenan Yıldız kimi Teoman Gündüz də hələ ki, "Next Gen" gənclər komandasında forma geyinəcək və onun böyük potensiala malik olduğu bildirilir.
"Yuventus" Teoman Gündüzlə 2028-ci ilə qədər qüvvədə olacaq müqavilə imzalayıb. Müqavilədə həmçinin klubun müqaviləni 2030-cu ilə qədər uzatmasına imkan verən bir seçim bəndi də var.
Transfer müqaviləsinin digər diqqətçəkən detalı isə "Triestina"nın gələcək satışlardan pay almaq hüququna malik olmasıdır. Müqaviləyə əsasən, İtaliya klubu Teoman Gündüzün gələcək transferlərindən 10% pay əldə edəcək.