Bizi sosial şəbəkələrdən izləyin:
Tanınmış aktrisa Məsumə Babayeva dünyasını dəyişib.
Bu haqda Moderator.az-a aktrisanın qızı Ülviyyə məlumat verib:
"Anam insult olmuşdu. Ayaqlarında problem var idi. Şəkər xəstəliyindən də əziyyət çəkirdi. 2 ay olardı ki, əlil arabasında idi. Son günlər isə artıq yatağa düşmüşdü. Çox ağırdır.. Anam çox əziyyət çəkdi. Sabah Yeni Suraxanıdakı qəbirstanlıqda dəfn olunacaq", - deyə aktrisanın qızı bildirib.
Qeyd edək ki, Məsumə Babayeva uzun illər Milli Gənc Tamaşaçılar teatrında çalışıb və teatrın ağır dönəmlərində heç vaxt sevib-seçdiyi sənət ocağından ayrılmayıb.
Allah rəhmət etsin!