Suriya prezidentinin ailə kökü Osmanlı sarayına gedib çıxır: Lətifə əş-Şaraanın ulu babası görün kim imiş  
44
16:13, Bu gün

Suriya prezidentinin ailə kökü Osmanlı sarayına gedib çıxır: Lətifə əş-Şaraanın ulu babası görün kim imiş  

Suriya Prezidenti Əhməd əş-Şaraanın həyat yoldaşı Lətifə əş-Şaraanın ailə kökləri ilə bağlı maraqlı və tarixi faktlar üzə çıxıb. Məlum olub ki, Lətifə əş-Şaraanın böyük babası Əlaəddin Paşa bin Əbdülhəmid Paşa əş-Durubi Osmanlı dövlətinə sədaqəti ilə tanınan yüksək rütbəli məmur və Sultan II Əbdülhəmidin saray çevrəsinə yaxın şəxslərindən biri olub.

1870-ci ildə Hums şəhərində köklü və nüfuzlu bir ailədə dünyaya gələn Əlaəddin əş-Durubi təhsilini İstanbulda alıb. O, Mekteb-i Tibbiyyə-i Şahanənin məzunu olub və həkim kimi peşəkar hazırlıq keçib. Əlaəddin Paşa ərəb, türk və fransız dillərini sərbəst şəkildə bilirdi ki, bu da onun Osmanlı idarəçiliyində sürətlə yüksəlməsinə şərait yaradıb.

Osmanlı bürokratiyasında müxtəlif məsul vəzifələrdə çalışan əş-Durubi Aydında kaymakam, Sivas, Kosova və Basrada vali vəzifələrini icra edib. Eyni zamanda Balkanlar və Yəmən kimi mürəkkəb bölgələrdə diplomatik missiyalarda iştirak edib, imperiyanın maraqlarını təmsil edib.

Osmanlı dövlətinin Birinci Dünya müharibəsindən sonra Suriyadan çəkilməsindən sonra Əlaəddin əş-Durubi Şama qayıdıb. 1920-ci ildə, Fransa mandatı dövründə qısa müddətə Suriya hökumətinin başçısı olub. Lakin bu vəzifədə cəmi bir ay qala bilib. Həmin ilin 21 avqustunda Şamda sui-qəsd nəticəsində öldürülüb.

Lətifə xanımın ulu babası

Lətifə əş-Şaraa isə Hums vilayətinə bağlı əl-Karyatayn bölgəsindən olan köklü Durubi ailəsinin nümayəndəsidir. Ailənin tarixi Osmanlı dövrü ilə sıx şəkildə bağlı olub və bu fakt Suriyanın indiki siyasi elitasının keçmişlə olan bağlarını yenidən gündəmə gətirib.

Bu məlumatlar Suriya hakimiyyətinin arxa planında duran tarixi, sosial və siyasi köklərin nə qədər dərin olduğunu göstərməklə yanaşı, Osmanlı mirasının bölgədə bu gün də necə aktual qaldığını bir daha ortaya qoyur. /Musavat.com/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər