Bu ölkə Azərbaycana 116 min dollarlıq marqarin ixrac etdi
31
10:33, Bu gün

Bu ölkə Azərbaycana 116 min dollarlıq marqarin ixrac etdi

Ötən il Gürcüstan Azərbaycana 116 min ABŞ dolları dəyərində 67,3 ton marqarin ixrac edib.

Moderator.az xəbər verir ki, bu barədə "Report" məlumat yayıb. Saytın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 3 dəfə və 3,2 dəfə çoxdur.

2025-ci ildə Gürcüstan xarici ölkələrə 327 min ABŞ dolları dəyərində 184 ton marqarin satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 63 % və 62 % azdır.

Azərbaycan Gürcüstanın analoji məhsullar tədarük etdiyi iki ölkədən biri olub. Belə ki, hesabat dövründə Gürcüstan Ermənistana 211 min ABŞ dolları dəyərində 117 ton məhsul satıb.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricə 887 min ABŞ dolları dəyərində 488 ton marqarin satıb ki, bunun da 37 min ABŞ dolları dəyərində 21 tonu Azərbaycanın payına düşüb.

Link kopyalandı!
Son xəbərlər