Təbii qazın dəyəri artdı
15
09:20, Bu gün

Təbii qazın dəyəri artdı

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları bahalaşıb.

Moderator.az xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 4.56% dəyər qazanaraq 5.2750 ABŞ dollarına bərabər olub.

Niderlandın "Title Transfer Facility" (TTF) qovşağında qazın meqavat-saatının dəyəri isə 3.39% artaraq 39.37 avroya bərabər olub.

Link kopyalandı!
Son xəbərlər