09:13
3°C
Bakı
Bakı Dövlət Universiteti Publik Hüquqi Şəxsi universitetin Qazanxana binası və “Yüksək Texnologiyalar Mərkəzi”nin inzibati binası üzrə vaxtilə dayandırılmış tikinti işlərinin davam etdirilməsi məqsədilə satınalma planı açıqlayıb.
Moderator.az xəbər verir ki, tikinti işlərinin davam etdirilməsi ilə bağlı satınalmanın ehtimal olunan qiyməti 10.150.903,00 AZN təşkil edir.
Qeyd edək ki, layihənin icrası universitetin infrastrukturunun yenilənməsi, elmi və texnoloji potensialının artırılması məqsədi daşıyır. /32gun.az/