Eyyub Yaqubov ilk dəfə musiqili tamaşada rol alacaq
27
15:23, Bu gün

Eyyub Yaqubov ilk dəfə musiqili tamaşada rol alacaq

Xalq artisti Eyyub Yaqubov ilk dəfə musiqili tamaşada iştirak edəcək.
 
Moderator.az xəbər verir ki, tamaşa martın 5-də Heydər Əliyev Sarayında səhnəyə qoyulacaq.
 
Sənətkar böyük səhnədə görkəmli Azərbaycan dramaturqu və mütəfəkkiri Hüseyn Cavid obrazını canlandıracaq.
 
Tamaşanın əsas leytmotivi Hüseyn Cavidin məşhur misralarıdır:
 
"Turana qılıncdan daha kəskin, ulu qüvvət
 
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!"
 
Layihədə Xalq artisti Mehriban Zəki, aktyor Elşən Əsgərov, tanınmış musiqiçi Vaqif Əsədov, pianoçu-pedaqoq Gülsüm Eldarova və C.Cahangirov adına xor kollektivi də iştirak edirlər.
 
Tamaşada Hüseyn Cavidin həyat yolunu əks etdirən təsirli səhnə fraqmentləri, kövrək sevgi hekayəsi, dramaturqun möhtəşəm pyeslərindən parçalar, incə şeirlər və Eyyub Yaqubovun ifasında səslənən sevilən mahnılar yer alacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər