59
15:10, Bu gün

"iPhone 18"in məlumatları internetə sızdırıldı - Dizaynı belə olacaq - FOTO

"iPhone 18" seriyasının dizaynında köklü dəyişikliklər ediləcəyi ilə bağlı yayılan iddialar təkzib olunub. 

Məlumata görə, selfi kamerasının ekranın yuxarı sol küncünə köçürüləcəyi ilə bağlı şayiələrin doğru olmadığı açıqlanıb. "Apple" 2026-cı ildə təqdim edilməsi gözlənilən "iPhone 18" seriyasında mövcud ön dizayn xəttini qoruyacaq. Xüsusilə son günlərdə müzakirə olunan ön kamera kəsiyinin yerinin dəyişdirilməsi ilə bağlı məlumatların yanlış olduğu bildirilib.

Çində fəaliyyət göstərən etibarlı mənbələrdən "Instant Digital" "iPhone 18 Pro" modelində selfi kamerasının yuxarı sol küncdə yerləşdiriləcəyi barədə yayılan iddiaları "tamamilə yalan" adlandırıb. Mənbənin sözlərinə görə, bu yanlış anlaşılma Face ID sisteminə aid bəzi komponentlərin ekranın altına köçürülməsi ilə bağlı məlumatların səhv şərh edilməsindən qaynaqlanıb. Qeyd olunur ki, ekranın altına köçürülən hissə ön kamera deyil, infraqırmızı sensordur.

Məlumata görə, "Apple" ön dizaynda kəskin dəyişikliklərə getmək əvəzinə, Face ID texnologiyasını mərhələli şəkildə ekranın altına inteqrasiya etməyi planlaşdırır.

Bununla belə, aparat təminatı baxımından "iPhone 18 Pro" modellərinin ciddi yeniliklərlə gələcəyi gözlənilir. Sızmalara əsasən, cihazlar TSMC-nin 2 nm istehsal prosesi ilə hazırlanan A20 Pro çipi ilə təchiz olunacaq.

Texniki xüsusiyyətlər arasında 6,3 və 6,9 düymlük ekran ölçülərinin saxlanılması, 18 MP ön kamera, dəyişkən diafraqmalı 48 MP əsas kamera, 48 MP periskop telefoto və 48 MP ultra geniş bucaqlı sensorlar diqqət çəkir. Bundan əlavə, Apple C2 modemi, 12 GB LPDDR5 RAM, 5G əsaslı peyk bağlantısı və yeni tünd qırmızı rəng seçiminin təqdim ediləcəyi iddia olunur. /Milli.az/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər