Ceyhun Bayramov Vahid Cəlalzadəni qəbul etdi - İrandakı iğtişaşlar müzakirə olundu
89
14:47, Bu gün

Ceyhun Bayramov Vahid Cəlalzadəni qəbul etdi - İrandakı iğtişaşlar müzakirə olundu

Yanvarın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini Vahid Cəlalzadəni qəbul edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, görüş zamanı, ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, İranda son gərginlik, eləcə də regional məsələlər müzakirə olunub.
 
V.Cəlalzadə İranda son gərginlik və hazırkı vəziyyət barədə ətraflı məlumat verib.
 
Ceyhun Bayramov öz növbəsində Azərbaycanın İranda sabitliyə önəm verdiyini vurğulayıb, son hadisələr zamanı həlak olanların ailələrinə başsağlığı verib.
 
Azərbaycanla İran arasında dost münasibətlərin inkişafında ölkə prezidentləri arasında təmasların, qarşılıqlı səfərlərin, o cümlədən mövcud siyasi dialoqun vacibliyi, ümumi maraq kəsb edən məsələlərin müzakirəsinin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi bildirilib. İki ölkə arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının işi məmnunluqla qeyd olunub.
 
Nəqliyyat və kommunikasiya sahələri üzrə əməkdaşlığın perspektivlərini müzakirə edən tərəflər, xüsusilə Azərbaycan və İran tərəfindən icra olunan bir sıra layihələrin regionumuzdan keçən nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynadığı diqqətə çatdırılıb.
 
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər