Suriyadan gətirilən ana və uşaqları sosial xidmət müəssisəsinə yerləşdirildilər - FOTO
85
14:42, Bu gün

Suriyadan gətirilən ana və uşaqları sosial xidmət müəssisəsinə yerləşdirildilər - FOTO

Azərbaycan Hökuməti tərəfindən Suriyadan ölkəmizə repatriasiya olunan daha beş nəfər (ana və dörd övladı) vətəndaşımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi məlumat yayıb.
 
Bildirilib ki, repatriasiya olunmuş şəxslərə ilkin tibbi, sosial-psixoloji dəstək göstərilib.
 
Növbəti mərhələdə isə agentliyin sosial işçiləri və psixoloqları onların yaşadıqları ünvana gedərək, təfsilatlı qiymətləndirilmə aparacaqlar. Hər bir repatriantla bağlı fərdi inkişaf planı hazırlanaraq, həmin plan əsasında aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində repatriasiya olunan ailə ilə bağlı dəstək tədbirləri davam etdiriləcək.
 
Xatırladaq ki, sözügedən ana və dörd övladı yanvarın 16-da Suriyadan ölkəmizə repatriasiya olunublar.
 
Qeyd edək ki, son illərdə Sosial Xidmətlər Agentliyi ölkəmizə repatriasiya edilmiş 600-ə yaxın şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib. Onlardan hazırda 63 repatriantla sosial reabilitasiya işi davam etdirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər