Bizi sosial şəbəkələrdən izləyin:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov özünə yeni köməkçi təyin edib.
Moderator.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı sədr Ramin Məmmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Abbasəli Bayramov sədrin köməkçisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, A.Bayramov 1993-cü ildə Bakı şəhərində anadan olub. O, Ramin Məmmədovun Milli Məclisin deputatı olduğu dövrdə 2022-2024-cü illərdə köməkçisi işləyib.
2024-cü ildən isə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb.