Həmidə Ömərovadan Türkan Şorayın oxşarına: “Gözəl qızdır, mənalı gözləri var, onunla məşğul ola bilərəm, əsas qabağa getməkdir” - ÖZƏL
476
10:55, Bu gün

Həmidə Ömərovadan Türkan Şorayın oxşarına: “Gözəl qızdır, mənalı gözləri var, onunla məşğul ola bilərəm, əsas qabağa getməkdir” - ÖZƏL

Türkan Şorayın azərbaycanlı oxşarı, aktrisa, model Şəfəq Abdullayeva saytımıza açıqlamasında xalq artisti Həmidə Ömərovadan özəl aktyorluq dərsləri almaq istədiyini bildirib. O həmçinin Türkan Şorayın ustad dərslərində iştirak etmək arzusunu da dilə gətirib.
 
Sevilən aktrisa, xalq artisti Həmidə Ömərova Moderator.az-a açıqlamasında Şəfəqə öz tövsiyyələrini verib və onu universitetdə təhsil almağa çağırıb:
“Şəfəq xanım gözəl qızdır. Şəkilləri ilə də tanış oldum. Gözləri də gözəldir. Mənalı baxışları var. Mən ona tövsiyyə edirəm ki, bu sənətlə ciddi məşğul olsun. İstedadı varsa əlbəttə ki, qabağa gedəcək. Çünki gözəl qızdır. Maşallah olsun! Ona görə mən təklif edirəm ki, ilk növbədə universitetə daxil olsun. Mədəniyyət və İncəsənət universitetində əvvəl 5 mərhələ üzrə sənət imtahanları verməlidir. Onları keçəndən sonra onu test imtahanına buraxacaqlar. Mən hazırda serialın çəkilişlərindəyəm. May ayında serialdan azad olacam. O zaman boş olacam. Dərslər isə may ayının axırlarında başlayacaq. O əgər istəsə mən onunla məşğul ola bilərəm. İyun ayında artıq qəbul imtahanları başlayacaq. İki mərhələdən keçməlidir. Bizim universitetdə Kəmalə Mehdiyeva var. O həm aktyorluq fakültəsində dekandır, həm də çox yaxşı pedaqoqdur. Universitetimizdə hazırlıq kursları var. Həmin kurslara da gedə bilər. Universitetə daxil olsa gələcəyi daha da parlaq olacaq. Mən də onun şəkillərini çəkildiyim serial və filmlərdəki rejissorlara göstərə bilərəm. Mən adətən tələbə hazırlaşdıranda öncə deyirəm ki, onu birinci görüm, tapşırıq verim, yerinə yetirsin və sonra başlayaq. Hətta tapşırığı telefonda da verirdim. Artıq biləndə ki, onunla işləmək olar, başlayırdıq dərslərə. Hər müəllimin öz metodu var. Məndə belə idi”, - deyə xalq artisti bildirib.
 
Xalq artisti deyir  ki, təhsil almaq və aktrisa olmaq heç vaxt gec deyil:
 
“Adətən 18 yaşından təhsil almağa başlayırlar. Bəzən olur ki, kimsə ailə həyatı qurur və həyat yoldaşı aktrisa kimi fəaliyyət göstərməsinə mane olur. Həyatda hər şey olur. O qədər aktrisalarımız bu taleyi yaşayıblar ki.. Əlbəttə ki, onları ruhdan salmaq olmaz. Əsas həvəs və istəkdir. O həvəs hardansa vurub üzə çıxacaq”, - deyə aktrisa bildirib.
Link kopyalandı!
Son xəbərlər