“Ya məni “öldürür”lər, ya deyirlər vəziyyəti ağırdır, paxıl, başdanxarab insanlardır” - FOTO+ÖZƏL
1248
10:45, Bu gün

“Ya məni “öldürür”lər, ya deyirlər vəziyyəti ağırdır, paxıl, başdanxarab insanlardır” - FOTO+ÖZƏL

“Bu günlərdə bir əməliyyat keçirdim. Şükür Allaha səhhətimdə qorxulu bir şey yoxdur. Mənə deyirlər ki, “sənin haqqında yazıblar ki, vəziyyəti ağırdır”. Bunlar niyə hər şeyi şişirdirlər, üstünə öz sözlərini qoyurlar?! Mən onları başa düşə bilmirəm. Onların öz problemləri yoxdur?! Bir az öz problemləri ilə məşğul olsunlar da. Mən artıq işimin başındayam”.
 
Bunu Moderator.az-a açıqlamasında “Qaraca qız” filminin Xədicəsi-Leyli Axundova deyib.
O daha sonra haqqında yayılan şayiələrdən bezib-usandığını bildirib:
 
“Ya məni “öldürür”lər, ya deyirlər ki, ağırdır. Bunların başına hava gəlib? Allah nə yazıbsa o da olacaq da. Bunlar məndən nə istəyirlər?! Qeybət bunların axırda evlərini də yıxacaq. Normal insan ortalığa yalan xəbər çıxardar?! Əlbəttə ki, yox! Demək ki, onlar paxıl, başdanxarab adamlardır. Ancaq pis insanlar adamı yalan qələmə verər! Mən onkoloji xəstələr üçün deyirəm ki, Allah düşmənimə də göstərməsin. Bunlar sağlam adamı onkoloji xəstə edirlərsə daha sözüm yoxdur”.
 
Leyli Axundova efirlərdə köhnə filmlərimizin nümayişinə az yer verildiyini də bildirib:
“Bizim elə gözəl filmlərimiz var ki. Onları niyə göstərmirlər, bilmirəm?! Ya da eyni filmləri göstərirlər. Bu televiziyaların rəhbəri hara baxır? Niyə bunlara nəzarət edən yoxdur?! İndi belə kinolar çəkirlər ki? İndiki filmlərdə şiddət, paxıllıq, qeybət əsas mövzudur. Kimsə kiminsə evini yıxır, xəyanət edir. Hanı bizim tərbiyəvi filmlərimiz? Mən onları görmürəm və yəqin ki, hələ uzun illər görməyəcəm”, - deyə Leyli Axundova bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər