Tibbi tullantılar necə idarə olunur? - Həkim AÇIQLADI
245
14:40, Bu gün

Tibbi tullantılar necə idarə olunur? - Həkim AÇIQLADI

"Dövlət Sanitariya Orqanı tibb müəssisələrində tibbi tullantıların toplanması, düzgün çeşidlənməsi, zərərsizləşdirilməsi, qeydiyyatının aparılması, tibb müəssisəsi daxilində müvəqqəti saxlanması və daşınması işinin təşkilinə nəzarət edir".
 
Moderator.az xəbər verir ki, bu fikirləri "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" efirində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-gigiyenisti Sevda Talıbova açıqlayıb.
 
Onun sözlərinə görə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tibb müəssisələrində tibbi tullantıların idarə olunması işinin təşkilində cavabdehlik daşıyan şəxslərin maarifləndirilməsi, onlara təlimlərin keçirilməsi, sertifikatlarla təmin olunmasında iştirak edir:
 
 
"Müəssisə daxilində tibbi tullantıların idarə olunması işində sanitariya-gigiyenik və əks-epidemik rejimin gözlənilməsində müəssisə rəhbərliyi məsuliyyət daşıyır və bu işə nəzarət də gigiyena və epidemiologiya mərkəzləri tərəfindən həyata keçirilir. Tibb müəssisələri onlarda əmələ gələn tibbi tullantıların illik hesabatını hazırlayaraq Səhiyyə Nazirliyinə təqdim edir. Hesabatda il ərzində əmələ gələn tibbi tullantıların aid olduqları siniflər, siniflər üzrə kiloqramla miqdarı qeyd edilir. Mövcud məlumatlar respublika üzrə elektron informasiya sisteminə daxil edilir".
 
Həkim-gigiyenist qeyd edib ki, bununla yanaşı, maarifləndirici çap materialları, buklet, flayerlər müəssisələrə paylanılır:
 
"Tibb müəssisələrində tibbi tullantıların idarə olunmasında cavabdeh olan şəxslərlə daim əlaqə saxlanılır, onları maraqlandıran suallar operativ olaraq cavablandırılır. Əmələ gələn tibbi tullantıların Vahid Səhiyyə İnformasiya Sistemində Tibbi Tullantı Modulunda aktiv qeydiyyatın aparılması və bu məlumatların Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən təsdiqi işləri həyata keçirilir".
Link kopyalandı!
Son xəbərlər