Lerikdə güclü qar evin dam örtüyünü uçurub - FOTO
162
14:24, Bu gün

Lerikdə güclü qar evin dam örtüyünü uçurub - FOTO

Lerikdə güclü qar nəticəsində evin dam örtüyü uçub.
 
Moderator.az APA-ya istinadla xəbər verir ki, hadisə Lerik rayonunun Hamarmeşə kəndində qeydə alınıb.
 
Kənd sakini Asəf Muradova məxsus fərdi yaşayış evinin dam örtüyü qarın ağırlığına tab gətirməyərək uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Damın uçması səbəbindən ev yaşayış üçün yararsız hala düşüb.
 
Hadisə barədə müvafiq qurumlara məlumat verilib, ailə müvəqqəti olaraq qohumlarının evinə yerləşdirilib. Evdə olan əşyalar çıxarılıb.
 
Mövzu ilə bağlı rayon Fövqəladə hallar komissiyasının sədri Habil Məlikov bildirib ki, ailə artıq yaxınlarının evlərinə köçürülüb.
 
Komissiya sədri onu da bildirib ki, ötən gecə rayon ərazisində 10 dərəcə şaxta müşahidə olunub. Hazırda qar əriməyə başlayıb. Kəndlərə elektrik enerjisinin verilişi bərpa olunub. Əhalinin sıx yaşadığı kəndlərə gedən yollar qardan təmizlənib. Lənkəran-Lerik yolu tam açıqdır.
Link kopyalandı!
Son xəbərlər