Vüsalənin yerinə o gəldi - FOTO
75
13:13, Bu gün

Vüsalənin yerinə o gəldi - FOTO

"Xəzər TV"də yayımlanan "İncə səhər" verilişində müvəqqəti dəyişiklik olub.
 
Bu barədə aparıcı Mətanət Əliyeva "Xəzər axşamı" verilişində bildirib.
 
O, "İncə səhər" proqramının aparıcısı Vüsalə Əlizadəni əvəz edəcəyini qeyd edib.
 
Mətanət həmkarının səhhətində problem olduğunu və proqramın aparıcılığının 5-6 gün ona həvalə olunduğunu bildirib.
 
Qeyd edək ki, dünən proqramın təkrarı izləyicilərə təqdim olunub. (Axşam.az)
Link kopyalandı!
Son xəbərlər