Bu yazıçı da AYB-dən getdi: Görün nələr yazdı... - FOTO
152
11:07, Bu gün

Bu yazıçı da AYB-dən getdi: Görün nələr yazdı... - FOTO

Yazıçı Zahid Sarıtorpaq Azərbaycan Yazıçılar Birliyindən çıxıb.

Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə yazar sosial media hesabında qeyd edib.

O bildirib ki, Birlikdən ayrılmasına səbəb üzvlük haqqı deyil:

"Son qərarımı verdim: AYB üzvlüyündən imtina edirəm. 37 ildir bu qurumun üzvü idim. Getməyim heç də üzvlük haqqı ödəməklə bağlı deyil, o, cüzi məbləğdir, lazım bilsəydim, ödəyərdim. Səbəblər var, sadəcə, açıb-ağartmıram. Nə isə. Fikrimi ilk dəfə burdan bildirirəm: xoşca qalın, getdim".

Qeyd edək ki, AYB üzvlük haqqı ödəməyən yazıçılara xəbərdarlıq edib və onlara fevralın 1-nə qədər vaxt qoyub. Birlikdən bildirilib ki, ödəniş etməyən yazıçıların adları əlifba sırası ilə dərc olunacaq və onlar xaric olunacaqlar.

Link kopyalandı!
Son xəbərlər