176
15:27, Bu gün

"Rubin" türkiyəli məşqçi ilə yollarını ayırdı - FOTO

Gökdeniz Karadeniz Rusiyanın "Rubin" klubunun əvəzedici komandasının baş məşqçi vəzifəsindən ayrılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Kazan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq onun köməkçilərindən olan Andrey Fyodorov icra edəcək.
 
Klubun açıqlamasında bildirilib ki, "Rubin" üçün əfsanəvi futbolçu olan Karadeniz 2023-cü ilin iyulunda yenidən yaradılan "Rubin-2"nin sükanı arxasına keçib. O, üç mövsüm ərzində kollektivə iki dəfə II Liqanın B divizionunun bürünc mükafatını qazandırıb.
 
Qeyd edək ki, Gökdeniz Karadeniz 2008-2018-ci illərdə "Rubin"in formasını geyinib. O bu müddət ərzində iki dəfə Rusiya çempionu olub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər