“Səhhətim imkan versəydi özüm də çəkilərdim, bu bir yenilikdir” - görkəmli aktrisadan “81-18-“ə DƏSTƏK
437
09:00, Bu gün

“Səhhətim imkan versəydi özüm də çəkilərdim, bu bir yenilikdir” - görkəmli aktrisadan “81-18-“ə DƏSTƏK

“Sevinirəm ki, Azərbaycan kinosunun inkişafında az da olsa xidmətlərim olub. Bu gün o illəri xatırlayanda düşünürəm ki, mən necə bu qədər işləri çatdıra bilmişəm? Ailə, uşaq, yoldaş, universitet, film və bir müddət də teatr.. Bunların hər biri mənim üçün əsas idi. Əlbəttə ki, mən sənətimi ailəmə qurban vermişəm. 40 yaşına qədər çəkilməmişəm, daha sonra yoldaşım Rüfət məni öz filminə çəkib. O necə demişdisə elə də etdi. Bu gün hansı qadın buna dözərdi? Əlbəttə ki, heç biri”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Elmira Şabanova deyib.
 
O daha sonra 29 yanvarda Nizami kinoteatrında təqdimatı baş tutacaq rejissor Murad EME-nin senari müəllifi olduğu  “81-18” filmindən də danışıb:
“Kino, serial elə şeydir ki, hər kadra baxıb gərək nəticə çıxarasan. Mənim gözlərim bir az zəifləyib. Amma yenə də “81-18” filminin tizerinə baxdım. Tələbələrim də tez-tez mənə filmlər yollayırlar. İzləyirəm, fikirlərimi söyləyirəm. Filmin kadrları göz oxşamalıdır. “81-18” filmi mənə maraqlı gəldi. Kadrlar zəngindir. Bu film mənə maraqlıdır. Yeniliyi çox sevirəm. Psixoloji triller gözəl janrdır. Həm də yenidir. Dəstək olmaq lazımdır. Mən hər zaman gənclərə dəstək olmuşam. Cavan rejissorların, aktyorların işinə baxmaq istəyirəm. Uğurlar diləyirəm. Özü də orada baş rolda çəkilən oğlanı da tanıdım. İstedadlı aktyordur. Elşad istedadlı aktyordur. Mən ömür boyu kino işi ilə məşğul olmuşam. Əlbəttə ki, filmə baxmaq lazımdır. Bu sadəcə tizerdir. Mən istərdim ki, gənclər axtarsınlar, araşdırsınlar”.
 
Görkəmli aktrisa Elmira Şabaonova bildirib səhhəti imkan vermədiyinə görə filmlərə gələn dəvətləri qəbul etmir:
 
“Vallah səhhətim imkan versəydi onların filmində çəkilib, dəstək olardım. Siz bilirsiniz ki, mənim üçün maddiyat ən sonda gəlir. Əsas ortalığa iş qoymaqdır. Siz elə bilirsiniz ki, o vaxtın rejissorları hamısı istedadlı olub? Xeyr! O illərdə çəkilən elə filmlər var idi ki, həmin ildə qəbul olunmurdu. Azərbaycan kinosunun bir az başını qara buludlar alandan sonra o ekran əsərlərinin hər biri şedevr oldu. Amma yenilik gözəldir. Mən istərdim ki, bu kollektiv dayanmasın, ard-arda yeniliklər etsin”, - deyə sənətkar bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər