SOCAR-ın kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib - FOTO
145
16:05, Bu gün

SOCAR-ın kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
 
Moderator.az xəbər verir ki, 20 Yanvar şəhidlərinin məzarları üzərinə gül dəstələri düzülüb, vətənimizin azadlığı, müstəqilliyi uğrunda canlarını fəda etmiş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad olunub.
 
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı hadisələrdən 36 il ötür. Həmin gün Azadlıq meydanına və paytaxtın bir sıra küçələrinə yeridilən sovet qoşunları silahlarını, ağır texnikasını dinc sakinlərə, əliyalın istiqlalsevərlərə qarşı yönəldərək Bakıda qırğınlar törədib.
Link kopyalandı!
Son xəbərlər