Bizi sosial şəbəkələrdən izləyin:
20 Yanvar faciəsinin ildönümü münasibətilə Ədalət Partiyasının sədri Mütəllim Rəhimli və Partiya üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər.
Moderator.az xəbər verir ki, ziyarət zamanı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb.
Tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin xalqımızın azadlıq və müstəqillik tarixində tutduğu mühüm rolu vurğulayaraq, onların xatirəsinin daim uca tutulacağını bildiriblər.
Qeyd edək ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq iradəsinin və müstəqillik uğrunda apardığı mübarizənin qanlı, lakin şərəfli səhifələrindən biridir. Şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.