
Seyidrəsul arvadının öldüyünə əmin olduqdan sonra qolları arasından buraxıb, bir müddət yanında gözləyib. Dincini alan qatil törətdiyi cinayətin izlərini gizlətmək məqsədilə meyiti Kür çayının gur axan hissəsinə atmaq məqsədi ilə çay boyunca belində daşıyıb. O, meyiti təxminən 2 kilometr məsafədə gətirməklə çaya atıb.
“Nuranəni istəyi ilə qaçırdım, anası da bilirdi”
İstintaq orqanı tərəfindən Seyidrəsul Talıbzadə barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddələri ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Talıbzadə ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə özünü təqsirli bilmir: “Nuranənin istəyi ilə ailə qurmuşam. Onun 17 yaşında olduğunu düşünmüşəm. Biz 2024-cü ilin yay aylarında tanış olmuşduq. Bir müddət sonra ailə qurmaq məqsədi ilə onu qaçırdım. Qaçmağımızdan anası Simuzərin əvvəlcədən xəbəri vardı.
Bir ay sonra Şirvan şəhərində şadlıq sarayında toyumuz oldu. Toya kimi ailələrimizin biri-birlərinin evinə gedib-gəlirdi”.
Təqsirləndirilən şəxs bildirib ki, Nuranə onların evində ümumilikdə 2-3 ay qalsa da, ər-arvad kimi 6 ay birlikdə yaşayıblar: “Anasıgildə yaşadığı müddətdə ad günündə ona pul göndərdim.
Nuranənin mobil telefonda kiminləsə yazışdığını aşkarlayanda atasına məlumat verdim. Toydan az bir müddət sonra Simuzər bizə gələrək qızı ilə söhbət etdi. Həmin gündən Nuranə daha bizdə qalmaq istəmədiyini dedi”.
“Allahın verdiyi canı aldığım üçün peşmanam”
Talıbzadənin sözlərinə görə, hadisə baş verən günü Nuranəni onun anasının evindən götürüb: “Evləndikdən sonra Nuranə icazəmlə mənim adıma olan “Tik-tok” işlətdi. Savaşandan sonra öz adına “Tik-tok” açaraq orada öz şəkillərini paylaşdı. Onun başqa oğlanlarla yazışdığını da görmüşəm.
Nuranəni evdən götürəndə valideynlərinə Bakı şəhərinə gedəcəyimizi dedim. Şirvan şəhərində Parkda 2 saat gəzdikdən sonra yenə onun anasının evinə qayıtdım. Evdə heç kim yox idi. Düşündüm ki, Nuranə mənimlə razılaşmasa, onu öldürüm. Başqa şəxslərlə danışmağı qadağan etsəm də, mənimlə razılaşmIırdı. “Sən heç kimsən, anam bilər, mən bilərəm” deyirdi.
Ona görə də tanımadığım taksi çağırdım. Kür çayına yaxın olan “Tuqay” meşəsinin kənarında avtomobildən düşdük. Nuranəyə buradan kəsə yolla Bakı şəhərinə gedən yola çıxacağımızı bildirdim. Birlikdə yulğunluğa tərəf getdik.
Nuranə ilə bir daha danışdım. Şərtlərimlə razılaşmadığı üçün arxasına keçərək qolumla boğazından tutub boğmağa başladım. Təqribən 10-20 dəqiqə boğazını sıxdım. Mənə heç bir müqavimət göstərə bilmədi. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra meyiti özüm tək Kür çayına atdım. Nuranəni boğduğum yer Kür çayının kənarıdır, meyiti sürümədim. Hər ikimizin telefonumuzu da çaya atdım.
Daha sonra yaşadığım evə qayıdıb paltarlarımı dəyişdim. Anama işləmək üçün Bakı şəhərinə gedəcəyimi dedim. Atamdan yolpulu aldım. İki gün çöldə gəzdikdən sonra polis şöbəsinə gedərək törətdiyim cinayət barədə məlumat verdim. Allahın verdiyi canı aldığım üçün əməlimdən peşmanam”.
Seyidrəsul Talıbzadə bildirib ki, Nuranənin meyiti mayın 17-dən 20-ə qədər Kür çayında olub.
“Dəfələrlə bağışlamışdım”
Seyidrsulun sözlərinə görə, vaxtilə toy edərkən polis əməkdaşları şadlıq sarayına gələrək Nuranənin ata-anasını şöbəyə aparıblar: "Toy günü mənə Nuranənin sənədlərini göstərməyiblər. Qız qaçırma ilə bağlı polsə şikayət edlməyib. Nuranə ilə tanış olanda onun yaşını yox, adını soruşmuşdum.
Rəsmi nikaha daxil olmaq istəsəm də, qız 18 yaşına çatmadığından bu, mümkün olmadı.
Etdiyi hərəkətlərə görə Nuranəni dəfələrlə bağışlamışdım. Başımda problem olduğu üçün dərman qəbul etmişəm, məni həqiqi hərbi xidmətə aparmayıblar. Salyan Rayonlararası Psixatriya Xəstəxanasında və Respublika Psixiatriya Xəstəxanasında qeydiyyatdayam”.

Təqsirləndirilən şəxs bildirib ki, qızı qaçırdıqdan sonra atası onlara gələndə Nuranə öz razılığı ilə qaçdığını və geri qayıtmaq istəmədiyini deyib: “Evdə problem olduğu üçün Nuranə vaxtilə qollarını doğramışdı. Təzə tanış olanda onun qollarının kəsildiyini gömüşdüm. Mən özüm də əsəbləşdiyim üçün özümü doğramışdım”.
Təqsirləndirilən şəxs bildirib ki, Nuranə anasının yaşadığı evə getdikdən sonra onun həqiqi yaşını bilib və bir daha cinsi münasibətdə olmayıb.

“Qızımı geri vermədilər”
İş üzrə zərərçəkmiş Nuranənin hüquqi varisi qismində danışan atası İlkinin sözlərinə görə, qızınln qaçırıldığı vaxtı 16 yaşında olduğunu hər kəs bilib:
“Nuranənin yaşının az olması səbəbindən Şirvan Şəhər Polis Şöbəsinə Seyidrəsulun atası ilə birlikdə aparıldım. Mən yoldaşımdan ayrılsam da, Seyidrəsula qızımla bağlı problemləri mənə deməsini bildirdim. Mayın 20-də Sabirabad Rayon Prokurorluğundan mənə zəng edildi, morqa gəlməli olduğumu dedilər. Nuranənin öldüyünü orada bildim”.
İlkin Ələkbərov ifadəsində Seyidrəsuldan şikayətçi olduğunu deyib: “Nuranənin qaçırılması ilə bağlı şikayət etmədim. Seyidrəsulun atası Mir Möhsünün evinə getdim, Nuranənin yaşı ilə bağlı problemlər olacağını bildirdim. Qızımı geri tələb etsəm də, Seyidrəsul qızımı bizə vermədi. Seyidrəsulun atası Mir Möhsün toy etməyəcəyini desə də, 1-2 gün əvvəl zəng edərək məni toya dəvət etdi”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Seyidrəsul Talıbzadə 11 il müddətə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxsin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.