“Barlardan, disko klublardan, kimlərinsə otel otaqlarından, həcilərin tapşırığı ilə gəlib seriallara düşürlər” - rejissorları tənqid etdi - FOTO+ÖZƏL
177
14:39, Bu gün

“Barlardan, disko klublardan, kimlərinsə otel otaqlarından, həcilərin tapşırığı ilə gəlib seriallara düşürlər” - rejissorları tənqid etdi - FOTO+ÖZƏL

“İldə bir layihədə yaxud da filmdə çəkilirəm. O da necə olur?! Hansısa rola 100 aktyor yox deyəndən sonra mən yada düşürəm. Hansı ki, onlar komplekssiz aktyor axtarırlar. Məndə də kompleks yoxdur. Çağırıblar, çəkilmişəm. O layihələrə də kompleksim olmadığına görə məni qəbul ediblər. Kompleksli aktyor olsaydım heç o siyahıda yer almazdım. Ya intim səhnəsi, ya açıq-saçıq səhnədə, yaxud da qadın paltarı geyinmək lazım olan səhnələrdə çəkilirəm. Seriallarda da elədir. Aktyoru axtarırlar, görürlər ki, tapılmır. Sonra deyirlər ki, Tahirə deyək. Səbəb nədirsə onu heç cür bilmirəm. Deyim ki, boyum balacadır?! Xeyr! 1.82 hündürlüyündəyəm. Əsl qafqazlı siması var məndə. Ekrana olduqca mükəmməl düşürəm. Oynadığım rollar da göz önüdədir. Çox nadir hallarda ola bilər ki, mənə aid olan səhnə 3-4 cü dublda çəkilsin. Birinci dubldan oynamışam bitib. Di gəl ki, heç bir povilyonlarda, çəkiliş meydançalarında yoxam”.
 
Bunu Moderator.az-a açıqlamasında Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Tahir İsmayılov Qəlbinur deyib.
O daha sonra əlavə edib:
 
“Bu qədər müharibə filmləri çəkilib. Düşünürəm ki, tamam, ola bilər Azərbaycan əsgərini qara, ucaboy, 1.82 m boylu görmək istəmirlər. Daha da maraqlı sima axtarırlar. Yaxşı bəs erməni obrazına niyə çəkilmirəm? Bu sualın cavabını da bilmirəm. Əslində bilirəm, cavabı da var. Mən gedirəm hansısa setə. Rejissor deyir ki, “müəllim burada oturun, dostunuzu görəndə gülməyə başlayın”. Mən haqlı olaraq bununla razılaşmıram. Deyirəm ki, dostumu görüb niyə gülürəm? Nəyi xatırlayıb gülürəm? Hansı gülüşlə gülürəm? İroniyadır, kindir, yoxsa lağlağı gülüşdür?! Mənim bu suallarım görünür ki, rejissorların xoşuna gəlmir. Deyirlər ki, “filankəslər nə deyiriksə onu edir”. Filankəs dedikləri də barlardan, disko klublardan, kimlərinsə otel otaqlarından, hansısa həcilərin tapşırığı ilə gəlib seriallara düşənlərdir. Bunlar deyir ki, gül gülürlər. Mən vəziyyəti bilməyəndən sonra necə gülüm? Yaxud ağlayım? Görünür, rejissorların bu suallardan xoşu gəlmir. İkinci bir səbəb budur ki, hiss edirəm hansısa həmkarım layihələrdə mənim ayağımı dartır. Nə deyirsə rejissorlar dəvət etmirlər. Baxırsan ki, bir serialda 60 aktyor oynayır. 3-4 serzondur efirə gedir, necə ola bilər ora bir bölümlük qonaq aktyor belə getmək problemdir?! Əvvəl bir prodakşın var idi. Onunla çox ciddi problem yaşadım. Danışığımızla iş uyğun gəlmədi. Gündəlik pul verəcəkdi. Vermədi, 2-3 ay borc yığıldı. Onun prodakşınından kim çəkirsə o məni qara siyahıya salıb. Yəqin ki, haqqımda deyirlər “problemli aktyordur, onu çağırmayın”. Pul istəyəndə “qara siyahı”-ya düşürsən və olursan pis aktyor. Yaxşı, onları bildim ki, dəvət etmirlər, bəs digərləri? Görəsən aktyorlar hansı meyarlara uyğun seçilirlər?! Rejissorlardan soruşmaq lazımdır. Soruşmaq lazımdır ki, film və serial üçün aktyorları necə seçirsiz? Əgər teatrlara gedib baxırsınızsa bu boyda aktyoru niyə görmürsüz?!
Sosial şəbəkələrdə də olduqca aktiv istifadəçiyəm. Hər bir obrazım komplekssizdir. Aktyorların eyni anda bir neçə seriala çəkilməsinə pis baxıram. Ölkədə 5-6 reytinqli serial var ki, həmin aktyoro serialların ikisində çəkilir. Bunlar bir tamaşaçı kimi məni yorur! Bədən dili, jestikası, saç rəngi, geyimi, taxdığı bijuteriyalar belə eynidir. Məndən qat-qat balacaboy aktyorlar da həmin geyimlə varlını da oynayır, kasıbı da. Son zamanlar öyrənmişəm ki, senaristlərlə aktyorlar arasında müqavilə bağlanır. Adətən bu aktyor menecerləri ilə bağlanmalı olan müqavilədir. Azərbaycanda aktyor meneceri olmadığına görə vəziyyət belədir. Artıq aktyorlar özləri senaristə yol tapır və senarist növbəti film üçün senari yazır. Yazdığı senariyə hansısa rejissoru dəvət edir, televiziyada lisenziyadan keçirir.. Kastinqə gələndə kollektivdən biri deyir ki, “mən bu rolu Tahir İsmayılova vermək istəyirəm”. Rejissor deyir ki, nə danışırsız? Mən bu rolu filan aktyoru xəyalımda canlandırıb yazmışam. Həmin aktyor günü 100 manata çəkilir, ordan aldığı 100 manatın 30 manatını verirəm həmin rejissora. Ayın sonuna 1000 manat alacaaqsa onun 300 manatını həmin  senaristə verir. Senarist bu dəqiqə film və seriallarda aktyorların taleyini həll edir. Kinosunda da, serialında da eyni aktyor, eyni senaristdir. İstedad faktoru böyük rol oynamır”,- deyə aktyor bildirib.
 
Link kopyalandı!
Son xəbərlər