Atası ilə bütün əlaqələrini kəsdi - Pedofili maliyyələşdirib - ŞOK
258
10:03, Bu gün

Atası ilə bütün əlaqələrini kəsdi - Pedofili maliyyələşdirib - ŞOK

Britaniyanın krallıq ailəsində Ceffri Epşteyn qalmaqalının yaratdığı təsir indi şəxsi münasibətlərə də toxunub.
 
Moderator.az xəbər verir ki, “The Mail on Sunday” qəzetinin yaydığı xəbərə görə, 35 yaşlı şahzadə Yevgeniya atasının pedofil Ceffri Epşteyn ilə əlaqələrinə dair açıqlamaları və üzrxahlıq etməməsini qəbul etməyərək onunla bütün əlaqələrini kəsib. Mənbə bildirir ki, Yevgeniya atası şahzadə Endryu ilə danışmaqdan imtina edir və hətta Milad bayramında da yanında olmayıb.
 
Xəbərlərdə qeyd olunur ki, Yevgeniya bu qərarı atasının Epşteyn qalmaqalında üzrxahlıq etməyi rədd etməsi və bu mövzunu ictimaiyyət qarşısında ört-basdır etməsi üzündən verib. O, həmçinin insan alverinə qarşı mübarizə aparan xeyriyyə təşkilatı The Anti-Slavery Collective-nin həmtəsisçisi kimi bu məsələyə daha həssas yanaşdığı bildirilir.
 
Əksinə, Yevgeniyanın böyük bacısı şahzadə Beatris vəziyyətə fərqli yanaşaraq atasına qarşı daha yumşaq münasibət göstərməyə çalışır və kral ailəsi daxilində öz mövqeyini qorumağa üstünlük verir. Beatrisin atasını bacısının mərasiminə dəvət etdiyi, lakin Endryunun həmin tədbirdə iştirak etmədiyi yazılır.
 
Britaniya mediası yazır ki, şahzadə Endryu 2025-ci ilin oktyabrında Epşteyn qalmaqalı ilə bağlı əlaqələri üzündən krallıq titulundan və hörmət rütbələrindən məhrum edilib. O, uzun illər yaşadığı Royal Lodge evini tərk etməyə məcbur olunur və müvəqqəti olaraq Sandringham malikanəsində yaşamaq üçün hazırlaşır.
 
Ceffri Epşteyn isə cinsi istismar və yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərə görə dünya mediasında geniş şəkildə tanınan maliyyəçi olub və 10 avqust 2019-cu ildə həbsxanada ölü tapılıb. /Musavat.com/
Link kopyalandı!
Son xəbərlər