“Böyük aktyorlar məktəbdir, təəssüf ki, biz o məktəbi bağlayırıq, özümə qızıl diş qoydurdum ki, filmə dəvət etməsinlər” - FOTO+ÖZƏL
666
09:06, Bu gün

“Böyük aktyorlar məktəbdir, təəssüf ki, biz o məktəbi bağlayırıq, özümə qızıl diş qoydurdum ki, filmə dəvət etməsinlər” - FOTO+ÖZƏL

“Həyatda hərənin bir arzusu var. Nə qədər arzulasan yenə də arzulayacaqsan. Arzusuz həyat mümkün deyil. Arzular bitmir, tükənmir. Aktyorun ən böyük arzusu tamaşaçını sevindirməkdir. Tamaşaçı gülüşü elə o aktyora bəs edir”.
 
Bunu Moderator.az-a açıqlamasında Dövlət Kukla teatrının aktyoru Aslan Fətullayev deyib.
 
O daha sonra əlavə edib:
“Son illərdir yaş senzi ortalığa çıxıb. Heç vaxt ağlımıza gəlməzdi ki, belə bir hal yaşanar. Sabah hansısa teatrda 50-60 yaşlı aktyorun rolunu gənc-25-30 yaşlı oğlana versələr onlar bu obrazın heç 20 faizini də yarada bilməzlər. Hər yaşın öz tendensiyası var da. Qoca aktyor avtomatik həmin ştrixləri bilir. Aktyorların teatrlardan uzaqlaşdırılmasına pis baxıram. Əslində cavanlar bu sənətkarlardan öyrənməlidirlər. Onlar bir məktəbdir. Amma əfsuslar oslun ki, biz həmin məktəbləri bağlayırıq”.
 
Aslan Fətullayev bildirib ki, illər əvvəl sənətdə ona mane olanlar çox olub:
“O qədər insanlar bu yolda mənə mane olublar ki... Əksəriyyəti də sənət adamları olub. Mən onlara öz sənətimlə, uğurlarımla, tamaşaçı alqışları ilə cavab vermişəm. İnsanın yolunu kəsib, onu küsdürənlər çox olur. Hətta bir dəfə Hollivuddan rejissor gəlmişdi. Demişdilər ki, səni filmə çəkmək istəyir. Tək mən deyildim, bir neçə aktyorumuzu da çəkmək niyyətində idilər. Mən də sevindim, dedim ki, nə olar, çəkilərəm. Hazırlıq görüb saçımı da uzatmışdım. Bizim yerli sənətçilərdən biri ona demişdi ki, “Aslan uzun müddətdir filmə çəkilmir, tamaşa oynamır, aktyorluq istedadına əmin deyiləm, yadırğaya bilər”. Onun bu sözü məni ağır depressiyaya salmışdı. Özümə söz verdim ki, bundan sonra filmə çəkilməyəcəm. Hətta məni filmlərə dəvət etməsinlər deyə özümə qızıl diş də saldırdım. Bu hadisə uzun illər əvvəl olmuşdu”, - deyə o bildirib.
Link kopyalandı!
Son xəbərlər