FHN Ağsudakı zəlzələ ilə bağlı məlumat yaydı - YENİLƏNİB
257
10:01, Bu gün

FHN Ağsudakı zəlzələ ilə bağlı məlumat yaydı - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Şamaxı-Ağsu sərhəddi (Ağsu) rayonundakı zəlzələ ilə bağlı məlumat yayıb.
 
Nazirlikdən Moderator.az-a verilən məlumata görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
 
"Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 18.01.2026-cı il tarixində yerli vaxtla saat 07:56-da Şamaxı-Ağsu sərhəddi (Ağsu) rayonunda 3.8 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", - məlumatda deyilir.
 
09:42
 
Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı-Ağsu sərhəddi (Ağsu) rayonunda zəlzələ qeydə alınıb.
 
Moderator.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
 
Məlumata görə, zəlzələ ocağı 6 km dərinlikdə yerləşib.
 
Zəlzələ episentrdə 4 bal, ətraf yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub.
 
08:59
 
Şamaxı rayonu ərazisində 3.8 maqnitudalı zəlzələ olub.
 
Moderator.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
 
Bildirilir ki, zəlzələ yerli vaxtla saat 07:56-da qeydə alınıb. Titrəyişlər episentrdə 4 bala qədər hiss olunub.
Link kopyalandı!
Son xəbərlər