Deputat Milli Məclisdə evlərin sənədləşdirilməsindən DANIŞDI
253
15:20, Bu gün

Deputat Milli Məclisdə evlərin sənədləşdirilməsindən DANIŞDI

"Hazırda təxminən 500-600 min sənədsiz ev var. Prezident İlham Əliyevin ötən il bununla bağlı imzaladığı fərman 100 min evin sənədləşdirilməsinə imkan verəcək".
 
Moderator.az oxu.az-a istinadla xəbər verir ki, bu təkliflə Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deputat Arzuxan Əlizadə deyib.
 
 
O bildirib ki, evlərin sənədləşdirilməsi həm büdcəyə xeyli vəsaitin daxil olmasına şərait yaradacaq, həm də bələdiyyələrin büdcəsinə əlavə imkanların tanınması deməkdir:
 
"Bələdiyyə sədrləri xahiş etdilər ki, bir çox məsələləri qaldıraq. Məhəllədaxili yollar, küçələrin işıqlandırılması və s. Ələlxüsus, son zamanlar sahibsiz itlərlə bağlı müraciətlər artıb. Əhali şikayət edir, bələdiyyələr isə yardım etmək iqtidarında deyillər. Məsələn, Bakıxanov qəsəbəsində yerləşən 11 saylı poliklinikaya 1 ay ərzində 65 it dişləməsi ilə bağlı müraciət olub. Bu da ciddi problemdir".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər