Siyəzəndə odlu silah və narkotik vasitələr aşkarlandı - FOTO
223
11:06, Bu gün

Siyəzəndə odlu silah və narkotik vasitələr aşkarlandı - FOTO

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan 38 yaşlı Səxavət Kərimov tutulub.
 
Moderator.az-ın məlumatına görə, ondan 1 ədəd lüləsi kəsilən tüfəng və 4 ədəd patron aşkarlanıb.
 
Həyata keçirilən digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 32 yaşlı Nüsrət Qafarov saxlanılıb. Həmin şəxsdən isə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və metadon həbləri aşkarlanıb.
 
Hər iki faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər