Dövlət Məşğulluq Agentliyinin regional filialına yeni rəhbər təyin olundu - FOTO
128
09:51, Bu gün

Dövlət Məşğulluq Agentliyinin regional filialına yeni rəhbər təyin olundu - FOTO

Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı regional filialına yeni rəhbər təyin olunub.
 
Moderator.az "Report"a istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
 
Əmrə əsasən, sözügedən vəzifə Rafael Zakir oğlu Məmmədova həvalə edilib.
 
Qeyd edək ki, R.Məmmədov bu təyinatadək Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən regional filialının müdiri vəzifəsini icra edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər