Bizi sosial şəbəkələrdən izləyin:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda kadr dəyişikliyi olub.
Moderator.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə nazir Anar Əliyev əmr imzalayıb.
Nazirin əmri ilə Ramal Kamal oğlu Quliyev Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran-Astara Regional Filialına direktor təyin olunub.
Ramal Quliyev iş fəaliyyətinə Yasamal rayon İcra hakimiyyətində məsləhətçi kimi başlayıb. O, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində baş məsləhətci, sonra isə Dövlət Vergi Xidmətində baş məsləhətçi işləyib.