Bizi sosial şəbəkələrdən izləyin:
Niderlandın məşhur "Ayaks" futbol klubu heyətinə yeni futbolçu cəlb edib.
Moderator.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Amsterdam təmsilçisi dünya futbolunun əfsanəsi Zlatan İbrahimoviçin 19 yaşlı oğlu Maksimilian İbrahimoviçlə müqavilə imzalayıb.
Maksimilian son dövrə qədər İtaliya nəhəngi "Milan"ın gənclər komandasında çıxış edib. Qeyd edək ki, atası Zlatan da karyerası ərzində "Milan"da iki dəfə forma geyinmiş və klubla bir sıra uğurlara imza atmışdı.
Qeyd edək ki, Maksimilian anası Helena Segerlə İsveçli atasının "Barselona"da çıxış etdiyi dövrdə - 2004-cü ildə dünyaya gəlib. Atasından fərqli olaraq hücum xəttində deyil, daha çox yarımmüdafiə mövqeyində oynayır.