761
14:42, Bu gün

"ABŞ və Avropa eyni vaxtda Moskva ilə təmas axtarır" - "Bloomberg"

 
"ABŞ Moskva ilə birbaşa danışır, Avropa isə prosesdən kənarda qalmamaq üçün hərəkətə keçir..."
 
ABŞ və Avropa Ukrayna müharibəsi fonunda Rusiya ilə mümkün danışıqlar üçün paralel, lakin koordinasiyasız diplomatik cəhdlərə başlayır.
 
Moderator.az xəbər verir ki, bu barədə "bloomberg.com" nəşri yazıb.
 
Nəşrin yazdığına görə, Vaşinqton Moskva ilə birbaşa təmasları genişləndirməyə çalışdığı halda, Avropa İttifaqı prosesdən kənarda qalmaqdan ehtiyat edir.
 
Putinlə yeni görüş planı
 
Məlumata görə, ABŞ prezidenti Donald Trampın elçiləri Stiv Uitkoff və Cared Kuşner yaxın vaxtlarda Moskvaya səfər edərək Rusiya lideri Vladimir Putinlə Ukraynadakı müharibənin dayandırılması mövzusunda danışıqlar aparmağı planlaşdırır. Görüşün bu ay baş tuta biləcəyi bildirilir, lakin planlar hələ yekun təsdiqlənməyib və İrandakı proseslər səbəbilə tarix dəyişə bilər.
 
Ağ Evin nümayəndəsi hazırda belə bir görüşün rəsmi gündəmdə olmadığını bildirib. Kreml isə sorğulara cavab verməyib. Mənbələrə görə, əsas maneə Putinin bu cütlüklə ikinci görüşə nə dərəcədə maraq göstərməsinin qeyri-müəyyən qalmasıdır.
 
Avropasız razılaşma qorxusu
Eyni vaxtda Avropa İttifaqında ABŞ-ın Rusiya ilə Avropanı kənarda qoyaraq razılaşma əldə edə biləcəyi qorxusu güclənir. Bu səbəbdən Aİ Rusiya ilə danışıqlar üçün bütün birliyi təmsil edəcək xüsusi nümayəndə postunun yaradılmasını müzakirə edir.
 
Avropalı rəsmilərin fikrincə, yalnız danışıqlar masasında yer almaqla Aİ öz "qırmızı xətlərini", o cümlədən Ukraynanın gələcəkdə NATO-ya üzvlük ehtimalını qoruya bilər. Onlardan biri bildirib ki, "bəzı məsələlər var ki, onları təkcə ABŞ-la müzakirə etmək olmaz, çünki bu, birbaşa Avropanın təhlükəsizliyinə təsir edir".
 
Kim Avropanı təmsil edə bilər?
 
Xüsusi nümayəndənin səlahiyyətləri və statusu hələlik aydın deyil. Namizədlər sırasında İtaliyanın sabiq baş naziri Mario Draqinin və Finlandiya prezidenti Aleksandr Stubbun adları çəkilir. Bununla belə, Aİ rəsmiləri vurğulayır ki, belə bir vəzifə hələ mövcud deyil və namizədlər barədə danışmaq tezdir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər