“Molla rejimi elə etdi ki, İranın taleyi Trampdan asılı hala düşüb” - SON DƏQİQƏ açıqlaması
148
14:26, Bu gün

“Molla rejimi elə etdi ki, İranın taleyi Trampdan asılı hala düşüb” - SON DƏQİQƏ açıqlaması

İranda etirazlar davam edir. Lakin proseslər uzandıqca qeyri-müəyyənlik də artır.

Molla rejimi budəfəki böhrandan hansı “yaralarla” və necə çıxacaq - daha zəifləmiş şəkildə, yoxsa? Ümumiyyətlə, çıxa biləcəkmi?

Moderator.az xəbər verir ki, Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə Musavat.com-a bildirib ki, İranda etirazlar səngimir və daha da geniş miqyas alır:

“Təəssüf ki, İranda internet bağlantılarına məhdudiyyət qoyulub və artıq bu ölkəyə zənglər də etmək mümkün deyil ki, daha müfəssəl məlumatlar alınsın. Amma bir sıra xarici KİV İrandakı vəziyyət barədə müəyyən yollarla dünya ictimaiyyətinə çatdırır. Onların məlumatlarına əsasən demək olar ki, vəziyyət getdikcə kritikləşir. Tezliklə orada sabitliyə nail oluna biləcəyi çox böyük sual altındadır”.

Deputatın sözlərinə görə, İranın teokratik hakimiyyətinin siyasəti, nüvə proqramı siyasəti bu ölkəni elə bir həddə gətirib çatdırıb ki, nə qədər paradoksal olsa da, özlərinin bu prosesin qarşısını ala biləcəyi, etirazları sakitləşdirə biləcəyi müşkül görünür və xarici müdaxilə qaçılmaz olacaq:

“Molla rejimi vəziyyəti elə bir həddə çatdırıb ki, prosesin qarşısını almaq iqtidarında deyil. Elə vəziyyət yaranıb ki, İranın taleyi ABŞ prezidenti Trampın verəcəyi qərarlardan daha çox asılıdır”.

Partiya sədri hesab edir ki, hətta rejim öz mövcudluğunu qoruyub saxlayacaqsa belə, əvvəlki idarə etmək imkanlarına malik olmayacaq:

“Bu birmənalıdır. Çünki çox dərin bir uçurum əmələ gəlib. Qonşu dövlət olaraq bizi İranda baş verən hadisələr ciddi narahat edir. Xüsusilə orada 40 milyona yaxın soydaşımızın yaşadığını nəzərə alsaq, bizim üçün ilk növbədə mövcud durum diqqət mərkəzində olmalıdır. Hesab edirəm ki, ABŞ tərəfindən İranla bağlı veriləcək istənilən qərar Azərbaycanla da bu və ya digər formada korrektə edilməlidir. İrandakı hadisələrə müdaxilə edilərkən Azərbaycan Respublikasının rəyi və mövqeyi nəzərə alınmalıdır. Xüsusilə, hərbi müdaxilə olacaqsa, qaçqın axınının olacağı ehtimalı məsələnin Azərbaycan və Türkiyə ilə də koordinasiya olunmasını vacib edir. Vaşinqton bu amili nəzərdən qaçırmamalıdır”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər