Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan II Liqasında çıxış edən "Xankəndi" futbol klubu baş məşqçi vəzifəsinə yeni təyinatını rəsmən elan edib.
Bu barədə Moderator.az-a klubdan məlumat verilib.
Komandanın yeni baş məşqçisi 42 yaşlı yerli mütəxəssis Zaur Hacıyev olub.
UEFA-nın B kateqoriyalı məşqçi lisenziyasına sahib olan mütəxəssis uzun illər "Qəbələ" Futbol Akademiyasında fəaliyyət göstərib, müxtəlif yaş qrupları ilə ölkə çempionatlarında uğurlar qazanıb və U-19 komandası ilə Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edib.
Qeyd edək ki, Zaur Hacıyev son olaraq "Karvan-Yevlax"da köməkçi məşqçi kimi çalışıb.