Bizi sosial şəbəkələrdən izləyin:
Şair Nazilə Səfərli onun haqqında qalmaqallı açıqlama verən Əməkdar artist Könül Kərimovaya cavab verib.
Şair yazdığı şeirin oxunmasını istəmədiyini və buna haqqı olduğunu deyib:
"Sözlərim əqli mülkiyyətimdir. Mənim mülkümü heç kim mal-pay edib varlanmamalıdır. Necə ki, mən hər kəsin yaradıcılığına hörmətlə yanaşıram, hörmət də gözləyirəm. Toylara və efirə tək gəlmişəm. Nə başım qapaz görüb, nə gözüm kölgə. Çətinliklə gəlmişəm, amma tək. Haqqımı tələb etmək nə vaxtdan suç olub?"
Qeyd edək ki, Nazilə Səfərlinin şeirinə Könül Kərimova mahnı bəstələyib. Şair isə həmin mahnının oxunmasına icazə verməyib. (Axşam.az)